Veksel Münasibətlərinin Kəsilməsi

göstərilmiş məbləğin vaxtında ödənilməsi ilə əlaqədar öhdəliyə xitam verilməsidir.
Veksel Müddətinin Müqavilə İlə Uzadılması
Veksel Nişanı
OBASTAN VİKİ
Veksel
Veksel (alm. Wechsel‎) — müəyyən müddət keçəndən sonra veksel verənin müəyyən məbləği vaxtı çatdıqda veksel sahibinə ödəməsini təsdiq edən pul öhdəliyidir. Veksel-qiymətli kağızların, pul öhdəliklərinin növü; qanunla nəzərdə tutulmuş şəkildə tərtib olunmuş və onun sahibinə müəyyən olunmuş vaxt keçəndən sonra öhdəlik vermiş şəxsdən sənəddə göstərilmiş pul məbləğini qəti tələb etmək hüququ verən borc iltizamının xüsusi formasıdır. Bunun 2 növü mövcuddur: a) Tratta vekseli — bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə müəyyən məbləğdə pul verilməsi haqqında yazılı əmridir. Vaxtı göstərilməmiş barat vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir. b) sadə veksel — bir və ya bir neçə şəxsin müəyyən məbləğ pulu müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə şərtsiz yazılı öhdəlik və ya iltizamdır. Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan bir neçə şəxs tərəfindən verilə bilər. Depozit pullar sistemində xüsusi yeri veksellər tutur, hansılar ki, kredit pullarına aid edilir. Həqiqətən də, veksel kredit-hesablaşmavasitəsi kimi banknotun, bir qədər sonra kağız pulun hansısa bir nümunəsi kimi çıxış edir. Lakin müasir iqtisadi nəzəriyyədə veksellərə pul sifətində yox, əhəmiyyətli dərəcədə qiymətli kağızlar kimi baxırlar.
Veksel uçotu
Veksel uçotu — vekselin ödəniş tarixindən əvvəl alınması üçün veksel sahibi tərəfindən banka köçürülməsi. Bir vekselin uçotu üçün bank, veksel məbləğinin yüzdə bir hissəsi kimi bir haqq alır. Bu faizə endirim dərəcəsi və ya endirim faizi və ya endirim deyilir. Başqa sözlə, bir vekselin mühasibat uçotu, bank tərəfindən vekselin altındakı bir qiymətə diskontla bir faktura almasıdır. Diskont dərəcəsinin ölçüsü fakturanın keyfiyyətinə və ödəmə müddətinə bağlıdır və bank sahibi ilə bank arasındakı müqavilədə müəyyən edilir. Endirim dərəcəsinin ölçüsünə bankın verdiyi kredit faiz dərəcəsi təsir göstərir. Sabit borc məbləği göstərildiyi veksellər üçün faiz hesablanmadan endirim dəyəri düsturla müəyyən edilir: D = B ⋅ T ⋅ I 100 ⋅ 360 {\displaystyle D={\frac {B\cdot T\cdot I}{100\cdot 360}}} , burada D {\displaystyle D} - diskont məbləği; B {\displaystyle B} - veksel; T {\displaystyle T} - vekselin ödəmə tarixindən əvvəlki günlərin sayı; I {\displaystyle I} - bank endirim dərəcəsi. Banklar, ödəmə qabiliyyəti şübhə doğurmayan nüfuzlu firmaların öhdəliklərini ehtiva edən vekselləri, birinci dərəcəli vekselləri nəzərə alır. Bir banknota böyük bank zəmanət verirsə, o zaman bank zəmanəti olmayan (bank avalı) ticarət və ya sənaye firmalarından daha aşağı faizlə uçota alınır. Kiçik və maliyyə baxımından zəif firmaların öhdəlikləri olan dövriyyə vərəqələri banklar tərəfindən mühasibat uçotu üçün qəbul edilmir və ya adi, çox şişirdilmiş faiz dərəcələrindən fərqli olaraq uçota alınır.
Aparat kəsilməsi
Aparat kəsilməsi (ing. Hardware interrupt) – “diqqət yetirilməsi haqqında xahiş”; kompüterin aparat vasitələri və ya proqram təminatı tərəfindən mikroprosessor üçün hazırlanıb verilən siqnal. Bəzən tələ (TRAP) də adlandırılan kəsilmə mikroprosessoru məcbur edir ki, yerinə yetirilən əməliyyatı durdursun, özünün cari durumunu yadda saxlasın və idarəetməni xüsusi prosedura – xüsusi komandalar yığınını yerinə yetirən kəsilmələr emalçısına (INTERRUPT HANDLER) versin. Kəsilmələrə çoxlu səbəblər ola bilər: bunlar qurğuların xidmət üçün sorğusu, verilənlərin emalındakı xətalar, mümkün olmayan əməllərin yerinə yetirilməsinə cəhd və (nadir hallarda) yaddaşla bağlı yaranan problemlər və ya sistemin bəzi çox vacib komponentlərinin sıradançıxma təhlükələri ola bilər. Mikroprosessor bir çox mənbədən kəsilmə haqqında sorğu aldıqda onların emal olunma ardıcıllığı “çözmə” səviyyələrinin iyerarxiyasına görə müəyyən olunur. Proqram kəsilmə mexanizmindən istifadə etməklə əməliyyat sisteminin funksiyalarına, məsələn, faylların açılması, oxunması və qapadılması funksiyalarına müraciət edə bilər. Digər tərəfdən, kəsilmə, mikroprosessor ilə kompüter sistemini əmələ gətirən başqa elementlər arasında rabitə vasitəsidir. Əgər daimi kəsilmə sorğuları axını hər hansı kritik vəzəyyətdə işi çətinləşdirir və ya əngəlləyirsə, onda proqram kəsilməni müvəqqəti olaraq bloklaya bilər ki, nəticədə lazım olan zaman müddətində mikroprosessor üzərində vahid nəzarətə nail ola bilsin. Aparat kəsilməsi ya klaviatura, disksürən və giriş-çıxış portları kimi xarici qurğular, ya da “daxildən” – mikroprosessor tərəfindən generasiya olunan kəsilmə növü. Qurğular xarici aparat kəsilmələri vasitəsilə kompüterin mikroprosessorunu onlara diqqət yetirməyə “çağırırlar”.
Cərəyanın kəsilməsi
Cərəyanın kəsilməsi(Blackout )– cərəyan şəbəkəsində gərginliyin sıfıra düşməsi halı; cərəyanın tam kəsilməsidir. Buna bir çox amillər, o cümlədən təbii fəlakətlər (qasırğa, zəlzələ) və ya elektrik cihazlarındakı (transformatorda, elektrik ötürücü xətlərdə) sıradançıxmalar səbəb ola bilər. Cərayanın kəsilməsi kompüteri korlaya bilər; bu, qəza (kəsilmə) anında kompüterin hansı vəziyyətdə olmasından asılıdır. Bu halda bütün saxlanılmamış məlumatlar biryolluq itəcək. Ən təhlükəli hal isə diskdən məlumatların oxunması və ora yazılma anında cərəyanın kəsilməsi halında yaranır. Belə arzuolunmaz hallardan qorunmağın yolu isə kəsilməz qida mənbələrindən (UNINTERRUPTIBLE POWER SUPPLY, UPS) istifadə etməkdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nəsil kəsilməsi
Nəsil kəsilməsi — bioloji və ekoloji amillər nəticəsində bir növə və ya cinsə aid məxluqun varlığına son qoyulması, biosferin "daralması". Bir növə aid son canlının ölümü həmin növün nəslinin kəsilməsi kimi qəbul edilir. Amma nəslin davam etməsi üçün bir növə aid edilən canlıların sayının kəskin azalması da onları nəsli kəsilən növlərə aid etməyə imkan verir.
2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi
2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi — iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycanın ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış nəticəsində baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb. Hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Hadisə Azərbaycanda Sovet İttifaqının 1991-ci ilin dağılmasından bəri ən kütləvi elektrik kəsilməsidir. Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi Bakı metropoliteninin işinə mənfi təsir edib, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyə olunub. Gecə saat 02:22-də president.az saytında Prezidentin Mətbuat Xidmətinin bu məzmunda məlumatı dərc edilmişdir: Prezident İlham Əliyev hadisədən dərhal sonra "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın araşdırılması ilə əlaqədar nazir və hökumət adamlarından ibarət Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. İqtisadçı Natiq Cəfərli deyir ki, bütün ölkədə elektrik təchizatının kəsilməsi hər şeydən əvvəl, təhlükəsizlik məsələsidir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana görə, Azərbaycan üzrə elektrik gücün 46 faizi Abşeronda toplansa da, Mingəçevirdə qəza olanda Bakıda işıq sönür və bu enerji düzgün paylanmaması ilə əlaqədardır. Sosial şəbəkələrdə ən çox verilən suallardan biri də ölkəyə elektrik enerjisinin verilməsinin bir əldən asılı olmaması, bir qəza ilə ölkənin tam olaraq işıqsız qalmaması üçün hansı tədbirlərin görülməsinin vacibliyi barədə olub.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.